EN

Nazir: “Avstraliyanın ən azı may ayına qədər yanacaq ehtiyatı var”

ain.az bildirir, Ayna portalına istinadən.

"Müqavilə imzalandıqdan sonra yanacaq qanuni olaraq alıcıya məxsusdur"

“Avstraliyaya yanacaq təchizatı ən azı may ayına qədər təmin edilib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avstraliyanın enerji naziri Kris Bouenin deyib.

O bütün yanacaq alışlarının artıq müqavilə ilə bağlandığını və Avstraliya şirkətlərinə tədarükü təmin etdiyini bildirib: "Müqavilə imzalandıqdan sonra yanacaq qanuni olaraq alıcıya məxsusdur. Bu, beynəlxalq qeyri-sabitlik şəraitində təchizat sabitliyini artırır”.

Nazir əlavə edib ki, çatışmazlıq yaşayan benzin və dizel stansiyalarının sayı azalıb.

Son məlumatlara görə, ölkə üzrə 274 stansiya hazırda dizelsizdir, halbuki əvvəllər bu rəqəm 400-ü keçmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
ayna.az

1Sources