EN

IX sinif şagirdlərinin NƏZƏRİNƏ! - Qeydiyyat başladı

2026–2027-ci tədris ili üzrə “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.

Bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Bacarıqlar” təmayüllü siniflər şagirdlərin nəzəri biliklərini daha da dərinləşdirməklə yanaşı, onların praktik tətbiq bacarıqlarını inkişaf etdirir, informasiya texnologiyaları sahəsində ixtisaslaşmasına və əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşmasına şərait yaradır.

Qeydiyyat 30 aprel tarixinədək davam edəcək.

Qeydiyyat http://digitalskills.edu.az platforması üzərindən aparılır.


Telegram kanalımız
Chosen
6
14
yenisabah.az

10Sources