EN

SEPAH-ın önəmli generalı İsrail zərbəsi nəticəsində öldürüldü

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi İsrailin həyata keçirdiyi zərbə nəticəsində öldürülüb.

Məlumatı İranın yarırəsmi Tasnim News Agency agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən yayıb. Bildirilir ki, yüksək rütbəli generalın ölümü hava zərbəsi nəticəsində baş verib.

Qeyd edək ki, SEPAH İranın əsas hərbi-strateji strukturlarından biri hesab olunur və onun kəşfiyyat idarəsi ölkənin təhlükəsizlik sistemində xüsusi yer tutur. Bu səbəbdən belə bir fiqurun hədəfə alınması ciddi eskalasiya kimi qiymətləndirilir.

Məlumatlara görə, son günlər İran ərazisində həyata keçirilən intensiv hava hücumları çərçivəsində bir sıra hərbi və təhlükəsizlik obyektləri vurulub. Xademinin də həmin zərbələr zamanı həlak olduğu bildirilir.

Musavat.com

Chosen
4
musavat.com

1Sources