EN

2026 cı ildə Azərbaycana avtomobillərin idxalında hiss ediləcək səviyyədə azalma müşahidə ediləcək İlham Şaban

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“2025-ci il ərzində Azərbaycana xarici ölkələrdən rekord sayda - 113 840 ədəd minik avtomobili idxal edilib. Bu, 2024-cü illə müqayisədə 38,1% artım deməkdir. Bütün nəqliyyat vasitələrinin idxalı üçün $2,1 milyard-dan çox vəsait xərclənib. Bundan öncə Azərbaycana rekors avtomobil idxalı 2013-cü ildə qeydə alınmışdı - 104 385 ədəd nəqliyyat vasitəsi və bunların idxal dəyəri $1 mlrd 132 mln olub. İdxalın rekord həddə çatması ötən il Çin avtomobillərinə Azərbaycanda tələbatın kəskin artıması ilə əlaqədar olub. Ötən ilin İV rübündə idxal daha da sürətlənib. Buna səbəb isə 2026-cı ilin əvvəlindən gömrük rüsumlarının artımı ilə bağlı hökumətin addımları olub. Nəticədə daha çox qazanc əldə etmək istəyən idxalçılar noyabr-dekabr aylarında minik avtomobillərinin satışını azaldıb bazarda süni ajiotaj yaratmağa cəhd ediblər”.

Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib. Ekspert qeyd edib ki, 2026-cı ilin ilk rübündə  Çin avtomobillərinə tələbat əvvəlki səviyyədən aşağı düşüb... və bu da özünü qiymətdə göstərnəyə başlayıb. Satılmamış Çin avtomobillərinin sayı istər salonlarda, istərsə də fərdi şəxslərin əlində get gedə çoxalmağa başlayıb:

“Bu fakt onu göstərir ki, idxalçılarda uzaqgörənlik, planlaşdırma, müştərilərlə uzunmüddətli işləmək kimi qabiliyyət hələ aşağı səviyyədədir və ticarət zəncirinin qurulması, onun inkişaf etdirilməsi, stabil gəlirə hesablanmayıb. Heç hökumət də bu yöndə bazar iştirakçıları ilə uzlaşmış addımlar atmır. Mən müşahidə etmirəm ki, Azərbaycan-Çin hökumətlərarası iclaslarında belə məsələlər qaldırıla və biznesin təklifləri əsasında nəsə dəyişikliklərə cəhd edilə. Bu hal təkcə Çin avtomobillərinə aid deyil. Novruz bayramından bir sıra Avropa və Amerika istehsalı olan avtomobillərin satışı ilə ixtisaslaşan salonlar endirimlə müştərilərə SIFIR gedişli  2023-2024-cü illərin istehsalı olan maşlnları təklif edir.  Ona görə də 2026-cı ildə Azərbaycana avtomobillərin idxalında hiss ediləcək səviyyədə azalma müşahidə ediləcək”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
14
525.az

10Sources