EN

3 oyun, 3 dəqiqə... - Nərimanın "Kolambus Kryu" fiaskosu...

"Kolambus Kryu"nun formasını geyən Nəriman Axundzadə hələ uğurun açarını tapa bilməyib.

"Football-plus.az"ın məlumatına görə, gənc hücumçu yeni komandasının heyətində daha çox forma geymək şansı qazanmaqda çətinlik çəkir.

"Qarabağ"ı MLS təmsilçisinə dəyişən 21 yaşlı futbolçunun adı Ohayo klubunun son üç matçında iştirak ərizəsində olub. O, "Neşvill" ilə oyunda (0:1) əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşib. "Toronto" ilə görüşdə 2, dünən "Atlanta"ya qarşı matçda isə cəmi 1 dəqiqə forma geyən Nəriman hələ nə məhsuldar ötürmə verməyə, nə də qol vurmağa macal tapıb.

Bəli, görünür ona hələ vaxt lazımdı və bunu anlayışla qarşılamalıyıq. Hər halda, MLS-də çıxış etmək oyunçunun həm şəxsi, həm də karyera həyatında ciddi dəyişikliklərin olduğunu göstərir və duruma uyğunlaşmaq vacibdi.

Maraq üçün qeyd edək ki, Ohayo təmsilçisinin aparıcı hücumçuları Vessam Abu Əli (6 oyun, 5 qol, 1 məhsuldar ötürmə) və Dieqo Rossidi (6 oyun, 2 qol).

"Kolambus Kryu"nun növbəti oyunu aprelin 13-də "Orlando"ya qarşı olacaq.

KƏNAN BAHADIR

Chosen
18
1
football-plus.az

2Sources