EN

Bu ərazilərdə sürüşmə aktivləşib – SİYAHI

Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Bunu KONKRET.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

Chosen
8
12
konkret.az

10Sources