EN

Azərbaycanda buMALL-lara giriş ÖDƏNİŞLİ OLA BİLƏR?

Bəs bu sistem Azərbaycanda tətbiq oluna bilər? Mövzu ilə bağlı iqtisadçı Ruslan Atakişiyev Ajans.az-a açıqlama verib.  O bildirib ki,  dünyanın müxtəlif ölkələrində tətbiq olunan hər hansı bir təcrübəni Azərbaycan mütləq şəkildə tətbiq etmək məcburiyyətində deyil. Azərbaycanın əsas hədəflərindən biri isə dünyada mövcud olan qabaqcıl təcrübələri öyrənərək onları ölkəmizdə tətbiq etməkdir. Bu baxımdan, Avropa, Amerika və ya Yaponiya olmasının heç bir  fərqi yoxdur. Ekspert qeyd edib ki, paytaxt ərazisində bir neçə Mall var ki, ora girişlər gün ərzində yüksəkdir. Bunlar arasında  “28 Mall”, “ Gənclik Mall”, “Crescent Mall”, , “Nizami Mall”, “ Dəniz Mall” ön sıralarda yerləşir. Əgər, nə zamansa, bu sistemin tətbiqinə başlanılarsa, bu tip böyük ticarət mərkəzləri öndə gələcək. Hələ ki, tam tətbiq olunmayan bir yeniliyi ölkədə tətbiq etməzdən əvvəl onun necə həyata keçirildiyini, hansı nəticələrə gətirib çıxardığını və hansı məqsədlə tətbiq olunduğunu araşdırmaq vacibdir. Bu araşdırma aparılmadan həmin təcrübənin müzakirəsi və tətbiqi  çətin görünür. Ruslan Atakişiyev deyib ki, hər hansı bir təcrübə əvvəlcə dərindən öyrənilməli, daha sonra isə Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmalıdır. Əgər bu uyğunlaşdırma mümkün olarsa, tətbiq mexanizmi müəyyənləşdirilərək həyata keçirilə bilər.

Bu səbəbdən, Azərbaycanda başqa ölkələrdə spontan şəkildə tətbiq olunan hər hansı yeniliyin eyni formada dərhal tətbiq olunması məqsədəuyğun hesab edilmir.

Chosen
11
Ajans.az

1Sources