EN

İsrail SEPAH-ın daha bir yüksək rütbəli rəsmisini öldürüb



SEPAH-ın Neft Qərargahında yüksək vəzifə tutan və qurumun kommersiya işlərinə cavabdeh olan Məhəmmədrza Əşrəfi Qehinin İsrail əməliyyatı zamanı öldürüldüyü bildirilir. Məlumata görə, Əşrəfi Qehinin ölümü İranın maliyyə və enerji şəbəkəsinə birbaşa zərbə kimi dəyərləndirilir. Onun Feşam bölgəsindəki mənzilinin hədəfə alındığı açıqlanıb. SEPAH zabitinin ailəsinin də onunla birlikdə həlak olduğu vurğulanıb. Bildirilib, Məhəmmədrza Əşrəfi Qehi SEPAH-ın Neft Qərargahının Kommersiya İşləri üzrə rəhbəri olub və o, SEPAH-ın ballistik raket və pilotsuz uçuş aparatları (PUA) proqramlarının maliyyələşdirilməsində mühüm rol oynayıb. Mənbələr qeyd edir ki, Əşrəfi Qehinin biznes şəbəkəsi SEPAH-ın hərbi imkanlarının genişləndirilməsinə və terror fəaliyyətlərinin maliyyələşdirilməsinə şərait yaradıb.
Chosen
54
baki-xeber.com

1Sources