İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında bildirilir ki, siyahıda meşə fındığı (57,4 milyon dollar) ikinci, mis filizləri (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı (28,1 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (27,6 milyon dollar) ikinci, mis filizləri (24,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-fevral aylarında Rusiyaya 149,1 milyon dollar, Türkiyəyə 83,4 milyon dollar, Gürcüstana 77,2 milyon dollar, İsveçrəyə 67,7 milyon dollar, Ukraynaya isə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.