ABŞ İrandan uran oğurlamağı planlaşdırır.BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. “Amerikanın pilotu xilas əməliyyatının gedişi şübhəlidir. Pilotun gizləndiyi ərazilərin Kohgiluyə və Boyer-Əhməd olduğu göstərilsə də, təyyarələr bu yerlərə yaxın enməyib. ABŞ təyyarələrinin İsfahanın cənubundakı eniş yeri bu nöqtələrdən çox uzaqdadır. Bu, İran uranın oğurlanmasına yönəlmiş mümkün aldadıcı əməliyyat ola bilər”, - o bildirib.