EN

İran XİN-in sözçüsü: İran və Azərbaycan prezidentləri arasında danışıqlar anlaşılmazlığı aradan qaldırıb

"İrandan Naxçıvana dron hücumu edilməsi ilə bağlı məsələ ilə bağlı danışıqlar aparıldı. Düşünürəm ki, iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında aparılan danışıqlar anlaşılmazlıqları aradan qaldırdı".

APA-nın İran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib.

İsmayıl Bəqayi bildirib ki, Türkiyə ilə bağlı da eyni məsələ olub: "Biz Türkiyəyə bildirdik ki, İrandan heç bir atəş olmayıb.

Ona görə də düşünürəm ki, iki ölkə arasında anlaşma mövcuddur. Əgər bir məsələ var idisə belə, aparılan danışıqlardan sonra həll olunub".

Chosen
15
3
apa.az

4Sources