EN

Saakaşvili: Putin hər an Ermənistanda bu yola əl ata bilər

BAKI, 6 aprel. TELEQRAF

“Rusiya ağır böhran içindədir, Ermənistan və digər müttəfiqlərini itirmək üzrədir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Rusiya ağır böhran içindədir, Macarıstanı itirir, seçkilərin taleyi artıq müəyyənləşib. Ermənistanı da itirir, amma orada hər an Rafaliantsinin hekayəsi təkrarlana bilər. Putin Paşinyanla görüşdə gülməli görünürdü. Putin görüşdə Ermənistanın Rusiyanın hərbi-iqtisadi bloklardan çıxmasının və Avropa İttifaqına qoşulmasının qarşısını almaq üçün Paşinyanı “sıxışdırmağa” çalışırdı.

Ukrayna cəbhəsində də Rusiyanın vəziyyəti yaxşı deyil, durum çox gərgindir. Rusiya irəliləyə bilmir, Ukrayna əraziləri azad edir. Əlbəttə, Ukraynanın da itkiləri var”, - Saakaşvili bildirib.

Xatırladaq ki, hazırkı hakim partiya “Gürcü Arzusu”nun hakimiyyətə gəlməzdən əvvəl - 2012-ci il oktyabrın 1-nə təyin olunmuş parlament seçkilərdən bir gün əvvəl Barbara Rafaliantsi adlı on aylıq körpənin cansız bədəni su dolu qabda tapılıb. Hadisə sentyabrın 30-da Qurcani rayonunun Kolaqi kəndində baş verib. Uşağın xalası Dali Mekerişvili o zaman hadisəni 1 oktyabra təyin olunmuş parlament seçkiləri ilə əlaqələndirib. O iddia edib ki, Mixeil Saakaşvilinin “Milli Hərəkat” partiyasının tərəfdarları onu uşaqlarını öldürməklə hədələyiblər. Dali Mekerişvili həmin vaxt müvafiq seçki məntəqəsində “Gürcü Arzusu”nun nümayəndəsi olub.

“Milli Hərəkat” və Mixeil Saakaşvilinin özü isə bunu “Gürcü Arzusu”nun hakimiyyəti ələ keçirmək üçün müxalifətə qarşı təxribatı hesab edir.

Chosen
10
teleqraf.com

1Sources