EN

Rayonların havası: Yağış yağacaq, dolu düşəcək

Aprelin 7-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10–12° isti, gündüz 14–18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 70–75 %, gündüz 60–65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Əsasən şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10–13° isti, gündüz 17–22° isti, dağlarda gecə 0–5° şaxta, gündüz 8–13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin səhər saatlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur, arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–9° isti, gündüz 15–20° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə  fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3–8° isti, gündüz 12–16° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda fasilələrlə yağıntılı hava gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Axşam saatlarında yağıntılar tədricən kəsiləcək, arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3–8° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 12–17° isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Arabir duman olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7–12° isti, gündüz 14–19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə fasilələrlə yağıntılı hava gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gündüz saatlarında şərq rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–9° isti, gündüz 13–18° isti, dağlarda gecə 0–5° şaxta, gündüz 3–8° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gündüz yağıntılar tədricən kəsiləcək, arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10–13° isti, gündüz 17–22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və sulu qara keçəcəyi mümkündür. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9–13° isti, gündüz 16–21° isti, dağlarda gecə 3–7° isti, gündüz 10–13° isti olacaq.


Telegram kanalımız
Chosen
35
49
yenisabah.az

10Sources