EN

İran Amerikaya nə cavab verib?

“Tehran Vaşinqtonun münaqişənin həlli təklifinə cavablar hazırlayıb və daha sonra onların məzmununu ictimaiyyətə açıqlayacaq”.

“Cebheinfo.az” xəbər verir ki,  bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi deyib.

Onun sözlərinə görə, Bir neçə gün əvvəl təkliflər vasitəçilər vasitəsilə təqdim edilib: 

“O cümlədən Pakistan və bir sıra digər dost ölkələr vasitəsilə çatdırılan ABŞ-nin 15 maddəlik planına da cavab verilib. O zaman biz bu cür təkliflərin həddindən artıq, qeyri-adi və məntiqsiz olduğunu bildirmişdik. Maraqlarımıza və mülahizələrimizə əsaslanaraq öz tələblərimizi formalaşdırmışıq".

O qeyd edib ki, Tehran nə istədiyini və qırmızı xətlərin nə olduğunu əvvəlcədən bilirdi. "Müzakirələrin əvvəlindən cavablarımızı hazırladıq. 

Lazım gəldikdə, onların məzmununu və dərc olunma üsulunu açıq şəkildə bildirəcəyik", - deyə Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.

Chosen
3
cebheinfo.az

1Sources