EN

Rəhbərlik vacib qələbəyə yüksək mükafat vəd etdi – 100 min manata yaxın

Azərbaycan Premyer Liqasının XXVI turunda “Neftçi” səfərdə “Sumqayıt”ı məğlub edib – 3:1.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik bu qalibiyyət üçün komandanı mükafatkandıracaq. Belə ki, matça start heyətində başlayan hər futbolçu 3500 manat qazanacaq.

Sonradan meydana daxil olanlar bu məbləğin 75, görüşü ehtiyat skamyasında keçirənlər isə 50 faizini əldə edəcək.

Rəhbərlik “Sumqayıt” qələbəsi üçün ümumilikdə komandaya 100 min manata yaxın “premya” ödəyəcək.

Xatırladaq ki, “ağ-qaralar” hazırda 40 xalla 5-ci pillədə qərarlaşıb.

Chosen
18
idmanxeber.az

1Sources