EN

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 3 milyon dollar olub

2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 ölkə az, xidmət dəyəri isə 11,11 faiz çoxdur.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min dollar ilə Birləşmiş Krallıq, 545,4 min dollar ilə Lüksemburq, 374,4 min dollar ilə İsveç, 162 min dollar ilə Türkiyə, 152,5 min dollar ilə Pakistan qərarlaşıb.

10Sources