BAKI, 6 aprel. TELEQRAF
Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan ölkəsinin KTMT-dən çıxması ilə bağlı sualı başqa ünvana yönləndirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Arman Sərkisyan Ermənistanın KTMT-dən tam çıxması ilə bağlı suala cavab verərkən deyib ki, bu sualın ünvanı o deyil.
Xatırladaq ki, Ermənistanın KTMT-dəki üzvlüyü dondurulub.