EN

Gürcüstan-Azərbaycan münasibətləri hər zaman sabitliyin və sülhün dayağı olub - Viktor Kipiani

Tbilisi.Trend:

Gürcüstan-Azərbaycan münasibətləri hər zaman sabitliyin vəsülhün dayağı olub.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Tbilisidə jurnalistlərə Gürcüstanın“Geocase” analitik mərkəzinin sədri Viktor Kipiani bildirib.

“Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərinzəngin irsi . Cənubi Qafqaz regionundan söz düşərkən,gürcü-azərbaycan münasibətləri həmişə sabitliyin, sülhün vəsəmərəli əməkdaşlığın əsas dayağı olub. Lakin dünya dəyişir, yenitendensiyalar yaranır və bu tərəfdaşlığın daha rəqabətədavamlı ,daha möhkəm və daha modernləşdirilmiş formada necə inkişaf edəbiləcəyini müzakirə etmək zəruridir. Hesab edirəm ki, AzərbaycanPrezidenti İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində məhz buməsələlər müzakirə olunacaq”, – deyə o bildirib.

Kipiani qeyd edib ki, Azərbaycan tərəfinin belə yüksək səviyyəliistənilən səfəri emosional komponent daşıyır.

Daha sonra mövcud geosiyasi vəziyyətdə qarşılıqlı fəaliyyətətoxunan Kipiani bildirib ki, bu gün Azərbaycan, Gürcüstan vəTürkiyə arasında əməkdaşlıq heç vaxt olmadığı qədər aktualdır.

“Məncə, daha da fəallaşmağın vaxtı çatıb. Azərbaycan vəGürcüstana gəldikdə isə, bizi birləşdirən emosional amillər vəmüəyyən tarixi keçmiş sayəsində biz bir-birimizi ən yaxşı şəkildəanlayırıq”, - deyə Kipiani əlavə edib.

Chosen
19
2
az.trend.az

3Sources