EN

Aidiyyəti qurumlar fasiləsiz fəaliyyət göstərir – VİDEO

Bakı şəhərinin Sabunçu rayonunda yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə su yığıntıları yaranıb. Xüsusilə Digah kəndinin Bakıxanov küçəsində toplanan yağış suları operativ şəkildə ərazidən uzaqlaşdırılır.

KONKRET.az xəbər verir ki, ərazidə yaranmış su yığıntılarının aradan qaldırılması üçün Bağlar Sukanal İdarəsi tərəfindən quraşdırılmış nasoslardan istifadə olunur. Nasoslar vasitəsilə sular təhlükəsiz şəkildə kənarlaşdırılır və vəziyyət nəzarətdə saxlanılır.

Eyni zamanda, Sabunçu vağzalının qarşısında toplanan yağış sularının çəkilməsi istiqamətində də tədbirlər görülür. Aidiyyəti qurumlar tərəfindən aparılan işlər nəticəsində ərazidə suyun səviyyəsinin azaldılması təmin edilir.

Hazırda hər iki istiqamətdə işlər davam etdirilir.

Chosen
14
1
konkret.az

2Sources