EN

İnfantinonun maaşı açıqlandı

FIFA prezidenti Canni İnfantinonun 2025-ci ildə əsas maaşı 2,6 milyon İsveçrə frankı, dəyişkən bonusu isə 2,2 milyon frank təşkil edib.

Msport.az xəbər verir ki, bu haqda FİFA-nın sənədlərində bildirilir.

Beləliklə, onun ümumi gəliri 4,8 milyon frank (təxminən 4,9 milyon avro) olub. FIFA-nın baş katibi Matthias Grafströmun illik maaşı  2,45 milyon təşkil edib.

Əlavə olaraq, daimi komitələrin rəhbərləri də kompensasiya alırlar. Məsələn, hakimlər komitəsinin sədri Pierluivi Kollinanın illik əsas maaşı 215 min dollar olub.

Chosen
2
2
msport.az

3Sources