EN

Fövqəladə hallar naziri Bibiheybət yolunda yaranan sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub  

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranan torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ərazidə olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir ərazidə yaranan vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Chosen
17
36
azerbaijan-news.az

10Sources