EN

Rusiya HHM vasitələrinin məhdud olması əsas infrastruktur obyektlərinin qorunmasında çətinliklər yaradır - ISW

Son iki həftə ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kifayət qədər qoruya bilmədiyi neft infrastrukturlarına qarşı uzun mənzilli pilotsuz təyyarə hücumları kampaniyasını gücləndiriblər.

Herbiand.az bildirir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yazıb.

Analitiklər aprelin 4-dən 5-nə keçən gecə Leninqrad vilayətindəki əsas neft ixrac limanı Primorsk şəhərinə edilən hücumları qeyd edirlər. ISW bildirir ki, söhbət belə hücumların sistematik kampaniyasından gedir. Belə ki, Ukrayna Müdafiə Qüvvələri son iki həftə ərzində Rusiyanın ən azı 8 neft və müdafiə infrastrukturu obyektlərinə hücum edib.

“Rusiya hava hücumundan müdafiə vasitələrinin məhdud olması və minlərlə kilometr uzaqlıqdakı əsas infrastruktur obyektlərinin qorunması ilə bağlı çətinliklər Kremlin Ukraynanın uzun mənzilli zərbələrindən müdafiə səylərinə mane olur”, - analitiklər vurğulayıblar.

Onlar əlavə ediblər ki, Ukrayna qüvvələri Rusiya ərazisində 1700 kilometrdən çox məsafədə yerləşən Leninqrad vilayətindəki Primorsk və Ust-Luqadan Başqırdıstan Respublikasının Ufa şəhərinə qədər müxtəlif hədəflərə hücum ediblər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
18
herbiand.az

1Sources