EN

Qurban Qurbanovun qarşıdakı matçda neçə futbolçunun xidmətindən məhrum olduğu açıqlandı

"Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı dəqiqləşib.

Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Karvan-Yevlax"ı qəbul edəcək "köhlənlər"in baş məşqçisi Qurban Qurbanov yalnız bir futbolçunun xidmətindən məhrumdur.

Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Heyətdə cəzalı oyunçu yoxdur.

Tofiq BÉ™hramov adına Respublika stadionunda baÅŸ tutacaq "QarabaÄŸ" - "Karvan-Yevlax" qarşılaÅŸması 19:00-da baÅŸlayacaq. 

ToÄŸrul

Chosen
17
1
fanat.az

2Sources