EN

ABŞ–İran danışıqları gərgin fonda - Hürmüz açılmır



ABŞ və İran arasında davam edən müharibə fonunda tərəflərə yeni sülh planı təqdim olunub. Təklifə əsasən, əvvəlcə dərhal atəşkəs elan edilməsi, daha sonra isə 15–20 gün ərzində geniş razılaşma üzrə danışıqlar aparılması nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı daha sərt addımlar atılacağı barədə xəbərdarlıq edib. Buna baxmayaraq, rəsmi Tehran Hürmüz boğazının qısa müddətli razılaşma çərçivəsində açılmasını qəbul etməyəcəyini bildirib və təzyiq altında danışıqları rədd etdiyini açıqlayıb.

Məlumata görə, vasitəçilik təşəbbüslərində Pakistan da iştirak edir və tərəflər arasında intensiv təmaslar davam edir. Bununla yanaşı, regionda hərbi əməliyyatlar səngiməyib, qarşılıqlı zərbələr və itkilər barədə xəbərlər gəlməkdə davam edir.

Ekspertlər hesab edir ki, Hürmüz boğazı ilə bağlı vəziyyət həll olunmadan qlobal enerji bazarlarında sabitlik mümkün olmayacaq. Regionda gərginlik isə hələlik yüksək səviyyədə qalır.

aia.az
Tərcümə şöbəsi



Chosen
21
aia.az

1Sources