EN

İranın zərbələr dalğası: Müharibə daha da alovlanır

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran ətrafındakı müharibə yeni səviyyəyə girib. Göründüyü kimi, amerikalılar Küveytin Bubiyan adasından İranın cənub-qərbindəki Mahşəhr neft-kimya zonasını HIMARS-la atəşə tutublar.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

“SEPAH demək olar ki, dərhal cavab verdi: bir saat sonra İranın körfəz ölkələrində infrastruktura zərbələr dalğası başladı. Buhasadakı ADNOC qaz emalı zavodu, Asabadakı GASCO qaz emalı kompleksi və Həbşandakı ADNOC baş nasos stansiyası (BƏƏ-nin əsas qaz qovşaqlarından biri) hücuma məruz qaldı. ABŞ əsgərlərini ölkəsinə buraxan Küveyt də zərər çəkdi: duzsuzlaşdırma qurğusu və iki elektrik stansiyası zədələndi, həmçinin bölgədəki neft və qaz yataqlarına zərbələr endirilməsi xəbərləri yayıldı. Eskalasiya nərdivanının necə işlədiyinin bariz nümunəsi: hər bir tərəf növbəti, getdikcə daha güclü zərbə ilə üstünlüyünü təmin etməyə ümid edir, lakin nəticədə müharibə daha şiddətli şəkildə alovlanır”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
axar.az

1Sources