EN

“Liverpul” gənc müdafiəçi transfer edir

“Kalyari”də çıxış edən Marko Palestra Avropa nəhənglərinin diqqət mərkəzindədir.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” 21 yaşlı müdafiəçini transfer siyahısına daxil edib və yayda onun keçidini nəzərdən keçirir. Hüquqları “Atalanta”ya məxsus olan futbolçu üçün təxminən 45 milyon avro tələb olunur.

Palestra bu mövsüm A Seriyasında 30 oyunda 1 qol və 4 assistlə yadda qalıb, ötən ay isə İtaliya millisində debüt edib.

Chosen
22
idmanxeber.az

1Sources