EN

SEPAH ABŞ və İsrail mövqelərini atəşə tutduğunu açıqlayıb

Bakı. Trend:

Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindənABŞ və İsrailin mövqeləri atəşə tutulub.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Bildirilib ki, “Doğru Vəd 4” əməliyyatının 98-ci mərhələsindəTələvivin şimal və cənubu, Hayfada strateji mərkəzlər, Ber Şevadakimyəvi zavod və şirkətlər, Petax Tıkvada ordunun məkanı ballistikraketlərlə atəşə tutulub.

Məlumatda qeyd olunur ki, İsrailə məxsus "SDN7" konteynerdaşıyan gəmi “Kruz” raketi ilə vurulub.

SEPAH bildirir ki, ABŞ ordusunun 5 mindən çox komandosununolduğu “LHA7” quru-dəniz, helikopter daşıyan gəmisi atəşə tutulub.Nəticədə sözügedən gəmi Hind okeanının cənubuna doğru geriçəkilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources