EN

Akademik Rafael Hüseynov Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Özbəkistana səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

Akademik Rafael Hüseynova 2010-cu ildən bəri Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Mərkəzin həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə bu Mərkəz Azərbaycan–Özbəkstan mədəni əlaqələrinin inkişafında əhəmiyyətli işlər görüb, bir sıra tarixi mənalı nəşrləri gerçəkləşdirib.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzindəki rəqs dərnəyinin üzvlərinin ifaları təqdim edilib.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
3
xalqqazeti.az

4Sources