EN

Lukaşenko KTMT ni Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırdı

ain.az, Bizim media saytına istinadən bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla münasibətlərdə “çox korrekt və ehtiyatlı” davranmalıdır. Bizim.Media xəbər verir ki, o, bu fikirləri KTMT-nin baş katibi Taalatbek Masadıkovla görüşü zamanı səsləndirib. 

 

Belarusun dövlət agentliyi BelTA yazır ki, Lukaşenko Ermənistanın təşkilatın fəaliyyətini faktiki dəstəkləmədiyini, amma eyni zamanda onun üzvü olaraq qaldığını vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, Ermənistanda vəziyyət xüsusilə seçki dövründə mürəkkəbdir və buna görə də həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə həssas yanaşma tələb olunur. O bildirib: “Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusilə də seçki dövründə. Ona görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq.”Bu açıqlama Ermənistanın KTMT ilə münasibətlərinin gərgin olaraq qaldığı bir vaxta təsadüf edir. AP bir neçə gün əvvəl yazmışdı ki, İrəvan eyni zamanda həm Aİ ilə yaxınlaşmağa, həm də Rusiya rəhbərliyində olan inteqrasiya strukturları ilə əlaqələri qorumağa çalışır, lakin Moskva bu kursu ziddiyyətli hesab edir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
8
bizim.media

9Sources