JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib:

“Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb. Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı da araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır”.

T.Mərdanoğlu qeyd edib ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək.

O, həmçinin bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıb və deyib ki, uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.

Komitə rəsmisi vurğulayıb ki, araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX