ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Napoli" "Qarabağ"ın futbolçusu ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Neapol təmsilçisi "köhlənlər"in dayaq yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlansa da, onun transferi üçün Azərbaycan klubuna rəsmi təklif göndərməməyi üstün tutub.
"Napoli" bu mövqeyə oyunçu axtarışlarını davam etdirəcək.
"Qarabağ"a bu yay qoşulan Bikalyo cari mövsüm bütün turnirlərdə 41 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlənlər"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.