EN

Yunanıstan Aİ fondları ilə bağlı qalmaqalın sürətlə araşdırılmasınə tələb edir

Yunanıstan Aİ fondları ilə bağlı qalmaqalın sürətlə araşdırılmasınə tələb edir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqının Baş Prokurorluğuna (EPPO) müraciət edərək, kənd təsərrüfatı fondları ilə bağlı korrupsiya qalmaqalında yunan məmurların iştirakının sürətlə araşdırılmasını istəyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, qalmaqal fonunda iqlim böhranı, kənd təsərrüfatı və səhiyyə nazirləri daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs istefa verib.

Aprelin 7-də parlamentin etika komitəsi 11 deputatın toxunulmazlığının qaldırılması məsələsinə baxacaq. Mitsotakis həmçinin təklif edib ki, gələcəkdə nazir və müavinlərin eyni zamanda deputat olması qadağan edilsin, lakin bu islahat yalnız 2027-ci il seçkilərindən sonra müzakirə edilə bilər.

Xatırladaq ki, araşdırmalar kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların mənimsənilməsi və digər maliyyə pozuntuları ilə bağlıdır. Baş nazirin bu addımı ölkə daxilində və Avropa miqyasında şəffaflığın bərpasına yönəlmiş sərt reaksiya kimi qiymətləndirilir.

Chosen
29
afn.az

1Sources