EN

“Azərkosmos” tərəfindən 32 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac olunub

2026-cı ilin yanvar-fevral ayında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

“Poliqon” xəbər verir ki, “Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın mart sayında öz əksini tapıb.

Qeyd olunub ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Chosen
1
8
poliqon.az

10Sources