EN

Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə KEÇİB?

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Eyni vəziyyətin ali təhsil müəssisələrində də müşahidə olunduğu bildirilir. Hətta bəzi universitetlərdə dərslərin müvəqqəti olaraq onlayn formata keçirildiyinə dair iddialar səsləndirilir.

Bəs bu iddialar nə dərəcədə doğrudur?

Redaktor.az xəbər verir ki, oxu.az məsələni aydınlaşdırmaq üçün universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, tədris ənənəvi qaydada davam edir və tələbələrin davamiyyətində ciddi problem yoxdur.

Azərbaycan Dillər Universitetindən qeyd olunub ki, tədris prosesi ənənəvi formada davam edir, hər hansı dəyişiklik qeydə alınmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildirilib ki, dərslər ənənəvi qaydada keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti və Bakı Qızlar Universitetindən sorğumuza cavab olaraq qeyd olunub ki, tədris ənənəvi qaydada davam edir. İstisna hal kimi, bəzi subasmış ərazilərdən gələn tələbələrin davamiyyəti anlayışla qarşılanır, gecikmə halları nəzərə alınır.

Yalnız Xəzər Universitetindən bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar dərslər müvəqqəti olaraq onlayn formata keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
2
redaktor.az

3Sources