EN

Xankəndiyə güclü yağış yağıb - FOTOLAR

Aprelin 6-da Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə güclü yağış yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, günün ikinci yarısından etibarən yağan yağış şəhər təsərrüfatına ziyan vurmayıb.

Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.

Xankəndinə yağan yaz yağışı torpağa can, şəhərə yeni nəfəs gətirir. Damcıların səsi sanki keçmişin ağrılarını yuyur, gələcəyə ümid səpir. 

Bu yağış sadəcə təbiətin deyil, dirçəlişin müjdəsidir. Yağış zamanı Xankəndi şəhərindəm çəkilmiş görüntüləri təqdim edirik.

"Cebheinfo.az"

Chosen
32
2
cebheinfo.az

3Sources