EN

ABŞ hava qüvvələri İrana zərbələr endirib (VİDEO)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (US CENTCOM) rəsmi"X" səhifəsində ABŞ hava qüvvələrinin İrandakı strateji-hərbiobyektlərə hədəflənmiş aviazərbələrinin görüntüsünü yayıb.

Trend-inməlumatına görə, videogörüntülərdə gecə və gündüz reydləri zamanıbir sıra hərbi hədəflərin dəqiq zərbələrlə məhv edildiyini görməkolur.

“ABŞ qüvvələrinin İran dərinliklərində hərbi hədəflərə fasiləsizzərbələr endirdiyi bir vaxtda İranın hərbi imkanları zəifləməkdədavam edir”,- deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
32
14
az.trend.az

10Sources