EN

Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf etməkdədir - Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrarasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühümsiyasi hadisədir. Prezident İlham Əliyevin bu səfəri təkcəikitərəfli əlaqələrin inkişafına deyil, Azərbaycan–Gürcüstanarasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi,regional əməkdaşlığın genişləndirilməsi və gələcək inkişaf üçünmöhkəm zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputatSəbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstanı mehriban qonşuluqvə tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdəstrateji tərəfdaşlıq əlaqələri birləşdirir:

“Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkəarasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlıhörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötənillər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi,iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıqformalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isəAzərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində başkonsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanınbaş konsulluğu açılıb. Azərbaycan və Gürcüstan arasında yalnızikitərəfli diplomatik və iqtisadi əməkdaşlıq deyil, həm dəparlamentlərarası münasibətlərin inkişafı da diqqət çəkir. İkiölkənin qanunverici orqanları arasında davamlı əlaqələr və təcrübəmübadiləsi iki ölkə arasında qanunvericilik və siyasi dialoqun dahaşəffaf və effektiv aparılmasına imkan yaradır. Ölkələrimizinikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurlainkişaf edir. Prezident İlham Əliyev də Gürcüstanın Baş naziriİrakli Kobaxidze ilə mətbuata bəyanatında bu məsələyə toxunaraqqeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazibütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığınıdəstəkləyib və dəstəkləyəcək”.

S.Salmanova qeyd edib ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələribütün istiqamətlər üzrə uğurla inkişaf etməkdədir:

“İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıxəməkdaşlıq edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qarslayihələri bu əməkdaşlığın bariz nümunəsidir. AzərbaycanlaGürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklərbirləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi varvə bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm stratejitərəfdaşdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bir dahadiqqəti bu reallıqlara yönəldərək bildirdi ki, əsrlər boyu gürcü vəAzərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün buənənələr davam edir. Hesab edirəm ki, bu münasibətlər bölgədənümunəvi qonşuluq əlaqələrini əks etdirərək gələcəkdə də davamedəcək və yeni layihələrə yol açacaq”.

Chosen
2
11
az.trend.az

10Sources