Bakı, 6 aprel, AZƏRTAC
Növbəti tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində istixana operatoru ixtisası üzrə tədrisə başlanılacaq.
Bunu AZƏRTAC-a müsahibəsində Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Afər Kərimov deyib.
O bildirib ki, eyni zamanda, təhsil müəssisəsində subbakalavr səviyyəsində satış və marketinq menecmenti ixtisası üzrə tədris təşkil olunacaq.
Müxbir – Aysel Azadqızı