“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Arteta ilə bağlı mövqeyini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu kuboklarda uğursuz çıxışa baxmayaraq, ispaniyalı mütəxəssisə hələ də güvənir. Bununla belə, mövsümün yekun nəticələri onun gələcəyində həlledici rol oynayacaq.
Hazırda “Arsenal” Premyer Liqada liderdir və Çempionlar Liqasında mübarizəni davam etdirir. Rəhbərlik komandanın ən azı bir titul qazanmasını gözləyir.
Qeyd edək ki, o, 2019-cu ildən komandaya rəhbərlik edir.