EN

Ukrayna Rusiyanın “Admiral Makarov” gəmisini səradan çıxarıb

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri (USF) Novorossiysk limanında yerləşən Rusiya Qara Dəniz Donanmasına məxsus “Admiral Makarov” gəmisinə zərbə endirib. Dronlar həmçinin “Sivaş” adlı üzən qazma qurğusunu da vurub.

Herbiand.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi çıxış edib.

Robert Brovdinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən planlaşdırılıb və əlaqələndirilib və "zərərin dərəcəsi kəşfiyyat məlumatları ilə müəyyən edilir". Bu məlumatlara görə, “Sivaş” qazma qurğusuna zərbə USF tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələrinin dərin zərbə qüvvələri ilə birgə həyata keçirilib.

Məlumat üçün: "Admiral Makarov" freqatı "Kalibr" qanadlı raketləri daşıyır.

Chosen
44
27
herbiand.az

10Sources