EN

Kubada enerji böhranı dərinləşir: Paytaxtda elektrik enerjisinin verilişi dayandırıldı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kubanın paytaxtı Havanada Antonio Giteras adına İstilik Elektrik Stansiyasındakı (İES) nasazlıq səbəbindən demək olar ki, bütün rayonlarda işıq kəsilib.

Oxu.Az xəbər verir ki, bu barədə Kuba Dövlət Elektrik Enerjisi Şirkəti məlumat yayıb.

İES yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə 11:00 - red.) qazanxananın zədələnməsi səbəbindən istismardan çıxarılıb. Kuba paytaxtının bir sıra rayonlarında elektrik enerjisi 11 saatdan çoxdur kəsilib.

Məlumata görə, adada enerji təchizatı vəziyyəti son iki ildə pisləşib. Səbəblər elektrik stansiyalarının köhnəlməsi və ABŞ tərəfindən artıq 60 ildən çox davam edən ticarət-iqtisadi embarqo ucbatından yanacaq tədarükündə yaşanan problemlərdir.

ABŞ administrasiyası yanvarın sonunda Kubaya yanacaq tədarükü blokadasını gücləndirdikdən sonra ölkədə elektrik kəsintiləri xüsusilə ciddiləşib, vaxtaşırı fasilələr 10 saatı keçir.

Martda Kubanın milli elektrik enerjisi sistemi üç dəfə tamamilə sıradan çıxıb. O zaman bütün ölkədə bir neçə saat işıq olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
oxu.az

1Sources