EN

Xameneinin görüntülərində diqqət çəkən detal İran o obyektə işarə etdi

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, ABŞ və İsrailin birgə hücumları zamanı ağır yaralandığı iddia edilən İranın ali dini lideri Müctəba Xameneinin yeni görüntüləri yayılıb. 

İran mediasında yer alan kadrlarda onun hərbi əməliyyat otağına daxil olduğu anlar əks olunub. Xamenei otağa daxil olduğu zaman yüksək rütbəli İranlı hərbi şəxslərin ayağa qalxdığı görünür. Otaqdakı rəqəmsal ekranda isə İsraildə yerləşən Dimona nüvə mərkəzinin xəritəsi və koordinatlarının nümayiş etdirildiyi diqqət çəkib.

Qeyd edək ki, Dimona nüvə mərkəzi İsrailin Neqev səhrasında yerləşən və ölkənin nüvə proqramının əsas mərkəzi hesab olunan strateji obyektdir. Rəsmi olaraq elmi araşdırmalar və suyun şirinləşdirilməsi məqsədilə fəaliyyət göstərdiyi bildirilsə də, bəzi mənbələr onun nüvə silahı istehsalı potensialına malik olduğunu iddia edir.

1958-ci ildə Fransanın dəstəyi ilə tikintisinə başlanan bu obyektdə ağır su reaktoru fəaliyyət göstərir və beynəlxalq nəzarət mexanizmlərinə tam açıq deyil. İsrailin nüvə qeyri-müəyyənliyi siyasəti səbəbindən obyektin real imkanları barədə rəsmi məlumatlar açıqlanmır.

Mütəxəssislər hesab edir ki, Dimona obyekti İsrailin ən strateji və həssas hədəflərindən biridir və bura təşkil olunan hər hansı bir ciddi nəticələrə səbəb ola bilər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources