EN

“Financial Times”: Ukraynanın dron zərbələri Rusiyaya bir həftədə 1 milyard dollar zərər vurub

Ukraynanın dron zərbələri Rusiyaya bir həftədə 1 milyard dollar zərər vurub.

Bu barədə Financial Times məlumat yayıb.

Ukrayna pilotsuz uçuş aparatlarının Baltik dənizində yerləşən əsas neft terminallarına endirdiyi zərbələr nəticəsində baş verən yanğınlar və infrastrukturun müvəqqəti dayanması Rusiyaya bir həftədə təxminən 1 milyard dollar zərər vurub.

Məlumata görə, dron zərbələri nəticəsində Rusiyanın neft ixracı 40 faiz azalıb (gündə təxminən 2,3 milyon barel). Nəticədə, cəmi yeddi gün ərzində ölkəyə təxminən 1 milyard dollar həcmində zərər dəyib.

Chosen
37
7
apa.az

8Sources