EN

Şamaxıda torpaq sürüşməsi: yolun hərəkət hissəsi bağlanıb » AzadMedia.az

Şamaxıda


Şamaxı rayonunun Pirqulu–Dəmirçi avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb.

Hadisə nəticəsində sürüşən torpaq kütləsi yolun hərəkət hissəsinə axaraq nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. İşçilər tərəfindən yolun torpaqdan təmizlənməsi istiqamətində operativ tədbirlər görülür.

Ərazi üzrə hərəkətin tam bərpası üçün işlər davam etdirilir.

Chosen
12
1
azadmedia.az

2Sources