Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.
Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.
Qabil YUSİFOĞLUXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.