EN

Hörmüz boğazından iki gün ərzində 21 gəmi keçib − Rekord göstərici

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Həftəsonu Hörmüz boğazından iyirmi bir gəmi keçib.

Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu, ABŞ-İsrail müharibəsinin İranla başlamasından bəri rekord həcmdə trafik həcmidir.

Agentliyin məlumatına görə, Fars körfəzindən Ərəbistan dənizinə 13 gəmi, əks istiqamətdə isə daha səkkiz gəmi keçib. Gəmilərin əksəriyyəti İrana məxsus olub. Keçənlərin arasında İraq tankeri də olub. Qeyd edək ki, son günlərdə İran bir neçə Hindistan mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin, eləcə də Yaponiya, Çin, Türkiyə, Yunanıstan və Tayland gəmilərinin boğazdan keçməsinə icazə verib.

Nəşr qeyd edir ki, müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla 135 gəmi keçirdi.

Fevralın 28-i İranla ABŞ-İsrail müharibəsindən əvvəl dünya neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirib. Müharibə başladıqdan sonra İran boğazı gəmiçilik üçün faktiki olaraq bağladı ki, bu da qlobal enerji qiymətlərinin kəskin artmasının əsas səbəblərindən biri idi.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
yeniavaz.com

2Sources