EN

Bir sıra normativ sənədlər təsdiq edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının 14 iyul, 24 oktyabr və 9 dekabr 2025-ci il tarixliqanunları ilə Vergi Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq, Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələr, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş sənədlər aşağıdakılardır:

- "Əlavə dəyər vergisinin bəyannaməsi"nin forması və "Əlavə dəyər vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası;

- "Əlavə Dəyər Vergisinin bəyannaməsinə 2, 3, 4 və 5 nömrəli Əlavələr və onların tərtib edilməsi Qaydaları;

- "Aksiz bəyannaməsi"nin forması və tərtib edilməsi Qaydası;

- "Aksiz bəyannaməsinə 2 və 3 nömrəli Əlavələr və onların tərtib edilməsi Qaydaları;

- "Yol vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Mədən vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Sadələşdirilmiş verginin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Mənfəət vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Mənfəət vergisinin bəyannaməsinə 5 nömrəli Əlavənin forması və tərtib edilməsi Qaydası;

- "Gəlir vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Gəlir vergisinin bəyannaməsinə 3 nömrəli Əlavənin forması və onun tərtib edilməsi Qaydası;

- "Xüsusi notariusların və xüsusi icra məmurlarının gəlir vergisi bəyannaməsi"nin forması və tərtib edilməsi Qaydası;

- "Torpaq vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası;

- "Əmlak vergisinin bəyannaməsinə 1 nömrəli Əlavənin forması və tərtib edilməsi Qaydası;

Sənədlərlə bu link vasitəsilə tanış olmaq mümkündür.

Chosen
13
1
vergiler.az

2Sources