EN

Putin TƏCİLİ müşavirə çağırdı – Nə baş verir?

Rusiya Prezidenti Vladimir Putin aprelin 7-də Dağıstan Respublikasında yaranmış ağır vəziyyətlə bağlı xüsusi müşavirə keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, dövlət başçısı artıq fəlakət zonasında zərərçəkənlərə təcili yardım göstərilməsi üçün bütün aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

Anomal yağıntıların törətdiyi fəsadlarla bağlı Vladimir Putin Fövqəladə Hallar naziri Aleksandr Kurenkov və Dağıstan rəhbəri Sergey Melikovla birbaşa əlaqə saxlayıb. Prezident təbii fəlakət nəticəsində zərər çəkmiş hər bir sakinin lazımi yardımla təmin olunmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, Dağıstanda baş verən anomal yağıntılar bölgədə ciddi dağıntılara yol açıb. Son məlumatlara görə, yüzlərlə evi su basıb, daşqın təhlükəsi ilə əlaqədar minlərlə sakin yaşayış yerlərindən təxliyə olunub. Aprelin 7-də keçiriləcək müşavirədə bölgədəki mövcud durumun ətraflı təhlili və fəsadların aradan qaldırılması üçün atılacaq növbəti addımlar müzakirə ediləcək.

Aliyə,
NOCOMMENT.az

Chosen
42
nocomment.az

1Sources