EN

Yerin mərkəzində hərəkətlilik

Yer səthinin 2900 kilometr dərinliyində nəhəng qaya süxurları kəşf edilib. Metbuat.az xəbər verir ki, bu süxurlar okeanın dibinin dərinliyinə sızan tektonik plitə fraqmentləri ilə əlaqələndirilir. Alimlər hesab edir ki, Yer səthinin 2900 kilometr dərinliyində yerləşən nüvə-mantiya sərhədindəki nəhəng süxur formasiyaları milyonlarla ildir ki, fasiləsiz hərəkət edir. Kaliforniya və Arizona dövlət universitetləri tərəfindən aparılan tədqiqatlara görə, okean dibinin dərinliyinə sızan tektonik plitə fraqmentləri, həddindən artıq istilik və təzyiq altında yavaş hərəkət edərək planetin daxili quruluşunu formalaşdırır.

Qeyd edilir ki, yerin dərinliyində baş verən bu sirli bölgəni texniki baxımdan birbaşa müşahidə etmək mümkün deyil.

Chosen
30
metbuat.az

1Sources