ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin tərkibinə daxil edilməsi fikrindən daşınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti yazıb.
"Düşünürəm ki, bu baş verməyəcək!" - deyə Tramp bioqraf Robert Hardmanla söhbətində bildirib.
O, öz mövqeyini Kanadanın uzunmüddətli suverenliyi, həmçinin ölkənin Britaniya monarxiyası ilə qorunan əlaqələri ilə izah edib.
"Düşünürəm ki, kanadalıların 200 illik tarixi və bütün bu "Oh, Canada" söhbətləri var. Bunun öhdəsindən 3.5 il ərzində gəlmək olmaz", - deyə o bildirib.
Trampın bu bəyanatı Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamillanın 27-30 aprel tarixlərində ABŞ-yə planlaşdırılan dövlət səfəri ərəfəsində verilib./Oxu.az
Telegram kanalımız